Yuxarı

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə ordusu Suriyada “bufer zona” adlana biləcək bölgə yaradıb və bunun sayəsində Türkiyənin sərhədyanı əraziləri artıq uzun müddətdir təhlükəsiz idi. Lakin ötən gün Kilis ərazisinə raket düşdü və böyük yanğına səbəb oldu. Türk ordusu bunun qarşısını niyə almadı və ya gələcəkdə bu halın təkrarlanmaması üçün nə edə bilər?

Bu mövzuda Axar.az-a danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, hazırda Suriyada xaos və vətəndaş iğtişaşları davam edir.

“Qruplar öz aralarında münaqişədədir. Dünənki insident Suriya Milli Ordusuna daxil olan qruplaşmaların mübarizəsi fonunda baş verdi və mərmi sıçrayaraq Türkiyə sərhədindəki mina sahəsinə düşdü, nəticədə də partlayış oldu. Bəzən bu cür hadisələr baş verə bilər, amma bu o demək deyil ki, ordumuz Türkiyə ərazisini qorumur”, - o deyib.

Generalın sözlərinə görə, Türkiyə ordusu Suriyadan gələn hər bir təhdidi anında cavablamaq əzmindədir:

“Türkiyənin Suriyadakı hərbi varlığı kəşfiyyat, müşahidə və Suriyadan gələ biləcək mümkün təsirləri aradan qaldırmaq üçün tədbirlər görmək qabiliyətinə malikdir. Bu tədbirlər davamlı olaraq həyata keçirilir. Hazırda İsrail-Fələstin hadisəsinə görə Suriyada da insanlar gözləmə vəziyyətindədirlər və Suriyanın parçalanmaması üçün mücadilə aparırlar. Sərhəddə də baş verənlər bunun yansımasıdır”.

Tarix
2024.10.17 / 14:25
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla