Yuxarı

Neftin qiymətinin tez-tez dəyişməsinin səbəbi nədir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftin qiymətinin tez-tez dəyişməsinin səbəbi nədir?

ABŞ-ın Rusiyanın “Rosneft” və “Lukoyl” neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar artıq öz təsirini göstərməyə başlayıb. Hindistanın neft emalı zavodları ilin sonuna kimi Rusiyadan neft idxalını kəskin şəkildə azaldacaqlar.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumata görə, Hindistanın ən böyük “Reilance Industries” şirkəti Rusiyadan neft almağı tamamilə dayandırmağı planlaşdırıb.

Rusiya neft istehsalının 40 faizi “Rosneft”in, 15 faizi isə “Lukoyl”ın üzərinə düşdüyü üçün sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Sanksiyalar adı yuxarıda göstərilən şirkətlərin 34 törəmə şirkətinə də şamil edilib ki, bu da istehsal ilə yanaşı neftin nəqlini, barterini və satışını da məhdudlaşdırıb.

“Quardian” yazır ki, ABŞ-ın Rusiyanın iki neft nəhənginə qarşı tətbiq etdiyi sanksiyalardan sonra BP və “Şell” şirkətlərinin saksiyalarının qiyməti 3 faiz artıb. Həmin şirkətlər dünya bazarına çıxarılan neftin həcmini artıraraq, Rusiya şirkətlərinin bazardakı payını əldə edəcəklər. Bu isə qiymətin sabit qalacağını deməyə əsas verir.

Rusiya hökuməti yanında fəaliyyət göstərən Maliyyə Universitetinin eksperti İqor Uşakov bildirib ki, Asiyanın iri neft idxalçıları sanksiyalardan ehtiyat edərək bu ölkədən neft ala bilməyəcəklər. Ona görə də Rusiya neft satmaq üçün daha çətin yollar və sxemlər axtarıb tapmalıdır. Onun fikrincə sanksiyalardan sonra şimal qonşumuzun neft ixracatçılarının gəlirləri kəskin şəkildə azalacaq.

Beynəlxalq Enerji Agentliyinin açıqlamasında vurğulanıb ki, 2025-ci ilin sonuna kimi və 2026-cı ildə dünya bazarında neftin qiyməti 60-65 dollar səviyyəsində olacaq.

Hazırda neftin qiymətinin tez-tez dəyişməsi iqtisadi deyil, geosiyasi amillərlə əlaqədardır.

Tarix
2025.10.24 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla