Yuxarı

İvan Yaremçuk Azərbaycanın oyunundan öncə saxlanıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İvan Yaremçuk Azərbaycanın oyunundan öncə saxlanıldı

Kiyev "Dinamo"sunun keçmiş futbolçusu İvan Yaremçuk Krakov hava limanında saxlanılıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə idmançının qardaşı Mixail Yaremçuk məlumat verib.

Onun sözlərinə gərə, futbolçu Polşada Azərbaycan yığmasının oyunundan bir neçə gün əvvəl saxlanılıb:

"İvan oktyabrın 10-da, Ukrayna və Azərbaycan milli komandalarının oyunundan əvvəl Belçikadan Polşaya yollanıb. Qardaşım Krakov hava limanında gözlənilmədən polis tərəfindən həbs olunub. Onun işinə Krakov məhkəməsində baxılacaq. Qardaşımın konkret nədə ittiham olunduğunu bilmirik".

Qeyd edək ki, 63 yaşlı İvan Yaremçuk Kiyev "Dinamo"su ilə üçqat SSRİ çempionu və kubokunun qalibi olub. O, 1988-ci ildə UEFA Kuboklar Kubokunu qazanıb. Keçmiş SSRİ yığmasının heyətində 18 oyun keçirib, 3 qol vurub. 1986 və 1990-cı illərdə dünya çempionatının final mərhələsində çıxış edib.

Xatırladaq ki, okyabrın 13-də DÇ-2026-nın seçmə oyunları çərçivəsində Azərbaycan yığması Krakovda Ukrayna millisi ilə qarşılaşıb. Nominal meydan sahibləri sayılan Ukrayna seçməsi həmin qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanıb.

Tarix
2025.10.24 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla