Yuxarı

Tikinti materialları bahalaşdı - Qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havalar soyuyandan bəri təmir-tikinti materialları bazarında durğunluq yaşanır.

Axar.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, satıcılar son günlər bazarda alıcı qıtlığının olduğunu bildiriblər.

Deyiblər ki, alıcı azlığı adətən qiymətlərin ucuzlaşması ilə nəticələnsə də, bu dəfə elə olmayıb. Sahibkarlar bildirib ki, tikintidə ən çox istifadə edilən taxtaların qiyməti artıb.

Sahibkar Vüqar Əzimovun sözlərinə görə, bahalaşan əsasən yaş taxtalardır. Bir kisə sementin qiyməti isə 7 manat 50 qəpikdən 8 manata kimi qalxıb. Xırdavat tikinti materiallarında isə artım demək olar ki, yoxdur. Tollar 12-18 manat, mismarın kiloqramı isə 2-3 manat arasındadır. Armaturların qiymətləri də dəyişməz olaraq qalır.

Həmçinin alçipan qiymətləri də dəyişməyib. Bununla belə, istehsalçıya görə material ucuz və baha ola bilər. Alçipan qiymətləri əsasən 6-11 manat arasındadır.

Ucuzlaşan tikinti materialları içərisində isə dam örtükləri var. Satıcıların sözlərinə görə, ciddi endirim etsələr də, tələbatı artıra bilməyiblər.

Döşəmə materiallarının qiymətlərinə gəlincə isə, satıcılar dedilər ki, laminatlar 10 manat 50 qəpikdən başlayır. Parketlərin 1 kvadratmetri isə 35-120 manat arasında dəyişir.

Tarix
2024.10.18 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının təklifini 127 ölkə dəstəklədi... - Rusiyadan baxış

Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı

İstanbulda “3+3” nazirlərinin toplantısı başladı

ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir

Milli Məclisin növbəti plenar iclası başladı

Mirzoyan bu gün İstanbulda dəhlizə razılıq verəcək - Təcili

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İran səfirliyi Azərbaycanı təbrik etdi

TDT-dən Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla