Yuxarı

Sabah Bakıya yağış yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən Axar.az-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər mülayimləşəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Tarix
2024.10.18 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail səfirliyi də Azərbaycanı təbrik etdi

Ukrayna Azərbaycana şərt qoydu

Bayramov Fidanla görüşdü - Foto

Bakının təklifini 127 ölkə dəstəklədi... - Rusiyadan baxış

Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı

İstanbulda “3+3” nazirlərinin toplantısı başladı

ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir

Milli Məclisin növbəti plenar iclası başladı

Mirzoyan bu gün İstanbulda dəhlizə razılıq verəcək - Təcili

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla