Yuxarı

Bu küçələrdə hərəkət yenidən təşkil ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi arasında olan hissəsində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlayıb.

Axar.az xəbər verir ki, bunu AYNA-nın Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bu gün keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, bu çərçivədə Şəmsi Bədəlbəyli küçəsində mövcud hərəkət zolaqlarının ölçülərini standartlara uyğunlaşdırmaqla Elman Babaxanov (Süleyman Rüstəm) küçəsi ilə kəsişmədən Azadlıq prospektinədək hissədə, sol tərəfdə xüsusi hərəkət zolağının təşkili nəzərdə tutulur:

"Bundan başqa, Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi arasında olan hissəsində mövcud hərəkət istiqamətinə əks istiqamətdə olmaqla xüsusi hərəkət zolaqlarının təşkili də planlaşdırılır.

Bununla da Şəmsi Bədəlbəyli küçəsində sol tərəfdə xüsusi hərəkət zolağından Azadlıq prospektində əks istiqamətdə təşkil ediləcək xüsusi hərəkət zolağı vasitəsilə "28 May” metrostansiyası ətrafında yaradılacaq HUB-a və Füzuli küçəsinə, eləcə də HUB-dan Füzuli küçəsinə avtobusların birbaşa hərəkəti təmin ediləcək".

T. Səfərov əlavə edib ki, şəhərdə mobilliyin transformasiyası proqramında əsas prinsiplərdən biri nəqliyyatın və piyadaların hərəkət təhlükəsizliyinin təmin edilməsidir:

"Bu məqsədlə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişməsində hərəkət işıqfor vasitəsilə nizamlanacaq. Eyni zamanda, Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki mövcud mikromobillik zolaqlarının HUB daxilindəki mikromobillik yolları ilə əlaqələndirilməsi və mikromobillik vasitələri üçün yeni parklanma yerləri təşkil ediləcək".

Tarix
2024.10.18 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bitdi: İsrail qalib gəldiyini elan edə bilər

Mirzoyan: Azərbaycanla sadələşmiş sərhəd və gömrük…

Bu keçid məntəqəsinə nəzarət Ermənistana keçir

İsrail səfirliyi də Azərbaycanı təbrik etdi

Ukrayna Azərbaycana şərt qoydu

Bayramov Fidanla görüşdü - Foto

Bakının təklifini 127 ölkə dəstəklədi... - Rusiyadan baxış

Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı

İstanbulda “3+3” nazirlərinin toplantısı başladı

ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla