Yuxarı

Emin qaziyə "See Breeze"dəki mənzili təqdim etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emin Ağalarov tərəfindən təşkil edilən lotereya kampaniyasında qalib gələn Qarabağ müharibəsi qazisi Rauf Qasımov və ailəsi "Sea Breeze" şəhərciyindəki möhtəşəm mənzilini qəbul edib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Emin Ağalarov şəxsən mənzili Qarabağ qazisinə və onun ailəsinə təqdim edib. Bu zaman təsirli anlar yaşanıb.

Qeyd edək ki, bu lotereya iştirakçılara kurortun lüks mənzillərindən birini qazanmaq şansı verirdi və Qasımov ailəsi təsadüfi seçmə nəticəsində qalib oldu.

Mərasim zamanı Emin Ağalarov mənzilin açarlarını isti və səmimi jestlə təqdim edərək, Rauf Qasımova və ailəsinə xoşbəxt və uzun bir həyat arzuladı. Ağalarov tədbirdə iştirak edənlərə bu kampaniyanın qazilərə və onların ailələrinə dəstək məqsədi daşıdığını vurğuladı. Mənzilin təqdimatı zamanı duyğulu anlar yaşanıb və bu jest geniş rəğbətlə qarşılanıb.

Kampaniyada iştirak etmək üçün şərtlər sadə idi: iştirakçılar Emin Ağalarovun və "Sea Breeze"in sosial media hesablarını izləməli və kampaniya ilə bağlı paylaşımı öz səhifələrində paylaşmalı idilər. İştirak şərtlərinə cavab verənlər arasında təsadüfi seçim əsasında qalib müəyyən edildi və Rauf Qasımov bu mənzilin sahibi oldu.

Tarix
2024.10.21 / 02:03
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ermənistana qarşı “Versal modeli”ni tətbiq edir

Dehlidən, Parisdən verilən silaha ümid etməyin - Qriqoryan

Harris İsrailin soyqırım törətdiyini təsdiqlədi – Sensasiya

Bəzi millət vəkililəri bilmədiyi şeydən “dərs” verir

İsrail ordusunda inanılmaz: 140 zabit döyüşdən imtina etdi!

Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

Türk ölkəsinə axın: Emin orda böyük layihə başlatdı

Səfirimizin 3 milyonluq korrupsiya əməli - Bakıya təhlükə

Simonyan Qarabağ savaşına görə Bakıya haqq verdi…

Prezident Zəngilanla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla