Yuxarı

Məşhur iş adamı külli miqdarda cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məşhur iş adamı külli miqdarda cərimələnib.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən M.M.Z. Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) monitorinq aparılıb.

Quşçuluq fəaliyyəti ilə məşğul olan müəssisədə yoxlama Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həyata keçirilib. MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilib.

Nazirliyin əməkdaşları monitorinq zamanı MMC-nin direktoru Yaşar Qasımovla telefon vasitəsi ilə əlaqə saxlayaraq, cəmiyyətin ərazisindən dənizə axıdılan suyun gözlə görünən qədər çirkab olduğunu bildirilib. Amma direktor həmin çirkab suların "Pirin altı" adlanan ərazidən axıdıldığını deyib.

Quşçuluq cəmiyyətin direktoru Yaşar Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə cəmiyyətin direktoru Yaşar Qasımov İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və MMC 11000 manat cərimə edilib.

Qeyd edək ki, Yaşar Qasımov uzun illər "Gəncə-Quşçuluq" Açıq Tipli Səhmdar Cəmiyyətinin direktoru olub.

Tarix
2024.10.21 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan COP29-da iştirak edəcək? - Simonyan

Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla