Yuxarı

Bakıda güclü yağış: iki nəfər boğuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda güclü yağış: iki nəfər boğuldu - Video

09:57

Bölgələrə və paytaxt Bakıya yağan aramsız yağış ziyansız ötüşməyib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

"Sabunçu keçidi" adlanan ərazidə "Ford" markalı minik avtomobili və 2 nəfərin batdığı iddia olunur.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərilib.

***

Paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

***

FHN Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.

Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

***

Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə 1 nəfərin cəsədi aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.

Eyni zamanda, media nümayəndələrindən və sosial media istifadəçilərindən dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik.

***

Subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasovun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix
2024.10.22 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla