Yuxarı

Maskalı şəxs məktəblini oğurlamaq istəyib? - Yeniyetmə saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:56

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, hadisə ötən gün Ramana ərazisində baş verib.

Məlumata görə, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib. Oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.

Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Uşağın atası Kamil Seyidov bildirib ki, təqibçinin 14 yaşı var. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı bildirib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.

***

Naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı Oxu.az-a açıqlamasında bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs - 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Tarix
2024.10.24 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər!

Slovakiya prezidenti Azərbaycana gələcək

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

Bayramovla Mirzoyana sülhlə bağlı təlimat verildi

Əliyevlə Paşinyan sülh sazişini müzakirə etdi - Foto

Sülh üçün əlimizdən gələni edirik - Rubinyan

İlham Əliyev BRİKS-in iclasında - Foto

Bakı və İrəvan arasında delimitasiyanın başlaması... - Putin

Ankara teraktının qarşısı niyə alınmadı? - Ağar

Əliyevlə Paşinyanın səmimi söhbətinə Kremldən reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla