Yuxarı

Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda oktyabrın 26-27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdam, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Hacıqabul, Ağstafa, Şəmkir, Gəncə, Samux, Tovuz, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Salyan, Siyəzən, Xaçmaz, Xızı, Şabran, Tərtər, Bərdə, Beyləqan, Cəlilabad, Yevlax, Zərdab, Şamaxı, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Naftalan, Neftçala, Qobustan rayonlarında isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu isə narıncı xəbərdarlığa uyğun gəlir.

Tarix
2024.10.24 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər!

Slovakiya prezidenti Azərbaycana gələcək

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

Bayramovla Mirzoyana sülhlə bağlı təlimat verildi

Əliyevlə Paşinyan sülh sazişini müzakirə etdi - Foto

Sülh üçün əlimizdən gələni edirik - Rubinyan

İlham Əliyev BRİKS-in iclasında - Foto

Bakı və İrəvan arasında delimitasiyanın başlaması... - Putin

Ankara teraktının qarşısı niyə alınmadı? - Ağar

Əliyevlə Paşinyanın səmimi söhbətinə Kremldən reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla