Yuxarı

Məktəblərdə dayanıqlılıq mövzusunda seminarlar keçirib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən dayanıqlılığın təşviqi və bu istiqamətdə praktiki həllərin təbliği üzrə fəaliyyətin bir hissəsi olaraq orta məktəb şagirdləri üçün seminarlar keçirilib.

Seminarların əsas məqsədi yeniyetmə və gənclərə iqlim dəyişmələrindən qaynaqlanan problemlərin aşılanması, bu problemlərin ünvanlanmasında cəmiyyətin hər bir nümayəndəsinin üzərinə düşən rolun və öhdəliklərin vurğulanması, eləcə də ətraf mühitin mühafizəsinə töhfə vermək üçün ekoloji baxımdan düzgün qərarların verilməsinə çağırmaq olmuşdur. Seminar çərçivəsində məktəb şagirdləri Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq iqlim təşəbbüsləri və sazişlərinin qlobal iqlim siyasətinə təsiri və bu kimi digər mövzularda ətraflı məlumatlandırılıblar.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Dayanıqlılıq departamentinin mütəxəssisləri tərəfindən təşkil edilən seminarda müxtəlif şəhər orta məktəblərinin 8-ci və 9-cu sinif şagirdləri iştirak edib. Əməliyyat Şirkətinin nümayəndələri seminar çərçivəsində həmçinin bu ilin noyabr ayında Bakıda baş tutacaq COP29 konfransının mahiyyəti və əhəmiyyəti haqqında məlumatları bölüşüblər.

Sessiyanın sonunda şagirdlər üçün sual-cavab sessiyası və iqlim fəaliyyəti mövzusunda davranışlarını inkişaf etdirmək məqsədilə interatkiv oyunlar keçirilib.

Tarix
2024.10.25 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla