Yuxarı

Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən “2025-2027-ci illər üzrə milli standartlaşdırma proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb.

Axar.az AZSTANDART-a istinadən xəbər verir ki, bu məqsədlə, standartlaşdırma subyektləri və digər maraqlı tərəflər növbəti 3 il ərzində qəbul olunması nəzərdə tutulan dövlət standartları barədə təkliflərini https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram linkinə daxil olaraq müvafiq nümunə formasını doldurmaqla 15 gün ərzində təqdim edə bilərlər.

Qeyd edək ki, “Standartlaşdırma haqqında” Qanunun 6-cı maddəsi və Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən, dövlət standartlarının hazırlanması prosesi milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən üçillik milli standartlaşdırma proqramı əsasında həyata keçirilir.

Bu xüsusda, yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə əsasən, milli standartlaşdırma proqramının layihəsi texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin edən istinad standartları, müvafiq normativ hüquqi aktlardan irəli gələn tələblər, standartlaşdırma üzrə texniki komitələrin iş planları, beynəlxalq və regional standartlar əsasında dövlət standartlarının qəbulu, müasir elmi-texniki araşdırmaların nəticələri, həmçinin aidiyyəti dövlət orqanlarının və maraqlı təşkilatların təklifləri nəzərə alınmaqla Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən formalaşdırılır.

Tarix
2024.10.30 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla