Yuxarı

Laçında kiçik təsərrüfatlara mediatur təşkil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçında kiçik təsərrüfatlara mediatur təşkil edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib.

Axar.az xəbər verir ki, mediatur işğaldan azad edilmiş ərazilərimizə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini əyani tanış etmək məqsədi daşıyıb.

Mediatur iştirakçılarına işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 11256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Media nümayəndələri əvvəlcə müharibə iştirakçıları olan Laçın rayon sakini Şahin İsgəndərov üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı və Azər Qarayev üçün yaradılmış avtotəmizləmə xidməti sahəsi ilə tanış olublar.

Daha sonra jurnalistlər müharibə veteranı ailə üzvü olan Ramin Həsənov üçün dönərxana istiqaməti üzrə yaradılmış ictimai iaşə obyektinə də baş çəkiblər.

Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.

Tarix
2026.07.30 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla