Yuxarı

Aktyorun Putinə bu sözləri Rusiyada gündəm oldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyorun Putinə bu sözləri Rusiyada gündəm oldu - Video

İyulun 28-də 25 yaşlı rus aktyor Aleksey Yarmuşçik özünün İnstaqram hesabında Rusiya Prezidenti Vladimir Putinə videomüraciət paylaşıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

O, Putinin onun prezidenti olmadığını və Krımı Rusiyaya məxsus hesab etmədini vurğulayıb:

“Vladimir Vladimiroviç Putin, salam. Adım Lyoşadır, mən teatr və kino aktyoruyam. Bezrukovun teatrında bir il yarım işləmişəm. Serialda baş rolda çəkilmişəm. Ümumiyyətlə, çox istedadlı aktyoram, bunu mənim peşəmdə çoxları bilir. Mən indi yata bilmədim və sizə demək istəyirəm: hər gün, hər gecə beynimdə sizinlə danışıram. İndi isə uzanmışdım, sonra qalxdım... Səhər saat 4:30-dur. Nə edəcəyimi bilmirəm, mənə kömək edin, məni xilas edin, yata bilmirəm. Nə etməliyəm? İndi bu videoya baxan hər kəs nə demək istədiyimi başa düşür. Sizin mənim prezidentim olmağınızı istəmirəm. Heç vaxt. Mənim 25 yaşım var. Yaşıdlarım arasında sizdən qorxmayan, sizin prezidenti olmağınızı istəyən bir nəfər belə tanımıram. İndi tanıdığım, internetdə gördüyüm bütün yaradıcı insanları xatırlayıram.

Bircə Şaman! Bircə Şaman bütün “xarici agentlərə” qarşıdır! Yəqin ki, hazırda deyə biləcəyim ən yaxşı sözlər bunlardır. Ürəyim döyünür, nəfəsim kəsilir. Mən yer üzündə ən dürüst və ən səmimi insanam. Sadəcə əminəm ki, bir il ərzində məni izləyən 27 min nəfərin hamısı və mənim videolarımı bir-birinə göndərən hər kəs mənim kim olduğumu bilir və bilir ki, mən heç vaxt yalan danışmıram, həmişə yaxşı niyyətli olmuşam və s. Sizin mənim prezidentim olmağınızı istəmirəm! Bütün hökuməti buraxın! Sizin televiziyanıza baxmaq istəmirəm. Öz mahnılarımı dinləmək istəyirəm. VK-dən istifadə etmək istəmirəm, İnstaqramdan istifadə etmək istəyirəm, çünki o daha yaxşıdır.

Bəli, mən zumerəm (Z nəsli), seçkiyə nadir hallarda gedirdim, ümumiyyətlə siyasətə fikir vermirdim. 14 yaşım olanda ingilis dili kursuna gedirdim və müəllimim dedi ki, Krıma görə ən yaxın dostu ilə dalaşıb. Mən hesab etmirəm ki, Krım bizimdir. Bu hansısa böyük və ya möhtəşəm bir fikir deyil, yaşıdlarımdan heç biri belə düşünmür. Bəlkə nə vaxtsa insanlar belə hesab edirdilər, amma indi artıq yox.

Artıq nədən danışacağımı belə bilmirəm. İnstaqram lentimdə olan bütün insanlar, bütün tanışlarım ya ölkədən gedir, ya şok içindədir, ya da sadəcə bu barədə danışmırlar. Sizi prezident kimi sevən və sizə hörmət edən insanların harada olduqlarını bilmirəm. Siz mənim prezidentim deyilsiniz. Demək istədiyim tək şey bu idi. Gecəniz xeyrə qalsın”.

Qeyd edək ki, video Rusiyada trendə çevrilib.

Tarix
2026.07.30 / 18:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla