COP29-un ilk 4 günündə 10-dan çox marşrut xətti...
19:25
Ana səhifə Toplum |
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarını gedəcəkləri ünvana çatdırmaq üçün 16 nəqliyyat qovşağı yaradılıb.
Axar.az xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
Onun sözlərinə görə, qovşaqlar otellərin və iştirakçıların yerləşdirildiyi yaşayış komplekslərinin olduğu sahələrdə yaradılacaq:
"Bu, əsasən Bakı və Abşeronu əhatə edir. Qovşaqlar vasitəsilə hava limanına və konfransın keçirildiyi məkana daşımalar həyata keçiriləcək".
Tarix
2024.11.01 / 17:07
|
Müəllif
Axar.az
|