"Qarabağ" "Turan Tovuz"la bacarmadı
20:34
Ana səhifə Toplum |
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə noyabrın 2-3-ü gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.
Bundan başqa, Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək ki, bu da sarı xəbərdarlığın göstəriciləridir.
Tarix
2024.11.01 / 17:54
|
Müəllif
Axar.az
|