Yuxarı

Sabah şəhərin mərkəzinə getmək istəyənlərin nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu ağa Bakıxanov, Tiflis, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi (qismən), İstiqlaliyyət küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Axar.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib.

Belə ki, Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyev küçəsinə keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə sürücülər Mətbuat prospekti, Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.

Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən, Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindən Zığ şosesi istiqamətində hərəkət edə bilərlər.

Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları, mümkün qədər ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

Tarix
2024.11.02 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

İki ölkə ordusu bizə qarşı döyüşür - Zelenski Çini gözləyir

Azərbaycan XİN Serbiyaya başsağlığı verdi

3 gün qaldı: ABŞ-da prezident kim olacaq? – Proqnoz

Lavrovdan Türkiyə əleyhinə sərt sözlər – Nə baş verib?

Şahin Mustafayev Qriqoryan görüşdü: 4 müzakirə və razılıq...

Radikallardan Pezeşkiana “xəbərdarlıq”: Bakıya getmə!

Trampdan şok iddia: Putinin bu planını məhv etdim

Ukrayna cəbhəsi dağıldı: Rusiya ordusu sürətlə irəliləyir

Ermənistan sərhəddə "səlibçi" bayraqları endirdi - Video

İspaniyadan hökumət başçısı səviyyəsində Bakıya ilk səfər...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla