Yuxarı

Maaş və müavinətlər artırılır: Prezident tapşırıq verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maaş və müavinətlər artırılır: Prezident tapşırıq verdi

Prezident İlham Əliyev Azərbaycan hökumətinə əmək haqlarının və sosial müavinətlərin artırılması ilə bağlı tapşırıq verib.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.

"Gələn ilin büdcəsində bununla bağlı müvafiq vəsait nəzərədə tutulub", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, büdcə xərclərinin səmərəliliyi məsələsi hökuməti maraqlandıran məsələlərdən biridir:

"Burada konsensus tapmalıyıq ki, xərclər necə planlaşdırılsın. Həm hökumət, həm də Hesablama Palatası vasitəsilə Milli Məclisin xərclərə nəzarəti olmalıdır".

S.Şərifov həmçinin bildirib ki, fiskal orqanların fəaliyyəti və dövlətin stimullaşdırma tədbirləri nəticəsində qeyri-neft-qaz sektorunda müsbət nəticələr var:

"Ola bilər ki, qeyri-neft-qaz sektorunda vəziyyət hazırda istənilən səviyyədə deyil, ancaq bu il büdcəyə 960 milyon manat əlavə qeyri-neft-qaz gəlirləri daxil olub".

Tarix
2024.11.18 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla