Yuxarı

Quterreş G20-də COP29-dan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Antonio Quterreş G20 liderlərinin Rio-de-Janeyroda keçirilən sammitində çıxışı zamanı COP29-un uğurla keçirilməsinin vacibliyini vurğulayıb.

Axar.az xəbər verir ki, o, çıxışında Bakıda keçirilən COP29-un müvəffəqiyyət qazanmasının qlobal iqlim tədbirlərində həlledici rol oynayacağını deyib:

“Biz Bakıda uğur qazanmalı, inam yaratmalı və gələn il yüksək ambisiyalı milli iqlim planlarının hazırlanmasını təşviq etməliyik. Uğursuzluq seçim deyil. Əks halda, yeni milli iqlim fəaliyyət planlarının hazırlanmasında ambisiyalar azalar və geridönüşü olmayan iqlim dəyişikliklərinə daha da yaxınlaşarıq”, - o bildirib.

A.Quterreş qeyd edib ki, COP29-un nəticələri COP30-un Braziliyada uğurla keçirilməsi üçün möhkəm zəmin yaratmalıdır. O, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamaq üçün güzəştli ictimai maliyyə vəsaitlərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Baş katib qlobal iqlim böhranının kritik həddə çatdığını deyib:

“Əgər qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmasaq, fəlakətli nəticələrlə üzləşəcəyik”.

O, bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı tədbirlər görməyə çağıraraq, G20 ölkələrinin qlobal emissiyaların 80 faizinə cavabdeh olduğunu xatırladıb: “Yeni milli iqlim planları konkret emissiya azaldılması hədəflərini ehtiva etməli, bütün sektorları və istixana qazlarını əhatə etməlidir”.

Bundan əlavə, Baş katib iqlim dezinformasiyası ilə mübarizə məqsədilə BMT, Braziliya və UNESKO-nun “İqlim dəyişikliyi üzrə məlumatın dəqiqliyi ilə bağlı qlobal təşəbbüs” adlı yeni layihəyə start verəcəyini elan edib.

Sonda A.Quterreş bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin, iqtisadiyyatların şaxələndirilməsinin və ədalətli keçidin təmin olunmasının vacibliyini vurğulayıb.

Tarix
2024.11.19 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

Overçukdan Zəngəzur açıqlaması: Moskva hesab edir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla