Yuxarı

Azərbaycana 20 sm qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana 20 sm qar yağdı

Azərbaycanda noyabrın 29-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 28 mm-dək (aylıq normanın 50-115%-i), Ağdamda 10 mm, Füzuli, Qusarda 5 mm, Şuşa, Altıağacda 4 mm, Xaçmaz, Xaltan, Şəki, Naxçıvan, Şəmkir, Qax, Oğuz, Qobustan, İmişli, Sabirabad, Şabran, Kəlbəcər, Zəngilan, Cəfərxanda 3 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 20, Əlibəydə (Zaqatala) 18, Qrızda 17, Şahdağda 12, Altıağacda 10, Xınalıqda 9, Ləzə, Xaltanda 5, Gədəbəydə 2 sm olub.

Bəzi ərazilərində şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsəndə 20 m/s, Qobustan, Mingəçevirdə 18 m/s, Lerikdə 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.

Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Sumqayıt, Quba, Qrız, Şəki, Altıağac, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Bildirilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix
2024.11.29 / 09:52
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla