Yuxarı

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 3 il ötür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
14 yüksək rütbəli zabitimizin şəhid olmasından 3 il ötür

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 3 il ötür.

Axar.az xəbər verir ki, 2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb.

Şəhid olan hərbçilərin adları:

1. Polkovnik Cavadov Füzuli Əlibram oğlu;

2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. Mayor Həsənov Elmir Mircəlil oğlu;

4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. Mayor Mayılov Emil Şahid oğlu;

6. Mayor Məmmədov Murad Yaşar oğlu;

7. Mayor Əliyev Emil Elman oğlu;

8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. Leytenant Süleymanov Abdulla Telman oğlu;

13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik).

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Tarix
2024.11.30 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın hərbi qulluqçuları Türkiyədə - Foto

Ərsin Tatar Azərbaycandan yazdı

Baş konsulumuz 200 min dollar mənimsəyib?

Litva XİN Azərbaycanı təbrik etdi - Foto

Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman

Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama

Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla