Yuxarı

Ukrayna dairəsində sıxlıq: AYNA-dan reaksiya - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna dairəsində sıxlıq: AYNA-dan reaksiya - Video

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Ukrayna dairəsində nəqliyyat sıxlığının yaranması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan Axar.az-a verilən məlumata görə, Ukrayna dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə hazırlanan layihənin planlanması da simulyasiya nəticələrinə əsaslanmaqla icra edilir. Hazırda dairənin standartlara uyğun olmaması ərazidə bir sıra nəqliyyat problemləri yaradır.

Bildirilib ki, dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı olması ilə bağlı hallar olur:

"Qeyd edək ki, ötən gün ərazidə heç bir sıxlıq (? - red.) müşahidə edilməyib. Daha əvvəl yaranan sıxlıq isə təmir işlərinin başlanması ilə əlaqədar idi.

Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması nəzərdə tutulur".

Qeyd edək ki, həm ötən gün, həm də srağagün Ukrayna dairəsində dəhşətli tıxac yaşanıb. AYNA-nın "təkmilləşmə" saydığı işlərdən öncə isə orda heç vaxt tıxac olmayıb.

Tarix
2024.11.30 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla