Yuxarı

Əsəd və ailəsinin Moskva limanından "fotosu"... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd və ailəsinin Moskva limanından "fotosu"... - Video

00:11

Xəbər verdiyimiz kimi, Suriyanın devrilmiş lideri Bəşər Əsəd və ailəsi Rusiyadan sığınacaq alıb və Moskvaya yerləşib.

Axar.az xəbər verir ki, Moskvaya təyyarə ilə gələn Bəşər Əsəd və ailəsinin hava limanından olduğu deyilən görüntülər yayılıb.

Rusiya Teleqram kanalları isə bunu feyk adlandırıb və bildirib ki, bu, "Skay Nyus"un məqsədli kampaniyasıdır. Belə ki, "Skay Nyus" Bəşər Əsədin Suriyada bir xəstəxanada yatan uşağa baş çəkməsini əks etdirən kadrdan foto kəsərək, bunu yeni görüntü kimi yayıb.

Qeyd edək ki, 8 dekabrda səhər saatlarında “Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirərək, Əsəd rejimini devirib. Bundan sonra Bəşər Əsədin İl-76 yük təyyarəsi ilə getdiyi, lakin Suriya ərazisini tərk etmədən radarlardan itdiyi bildirilmişdi. Əvvəlcə radarlardan itən təyyarənin vurulduğu və ya qəzaya uğradığı, Bəşər Əsədin isə öldüyü ehtimalı ortaya çıxsa da, sonradan radarları söndürərək uçan təyyarənin Moskvaya istiqamətləndiyi təsdiqləndi. Belə ki, Kreml Bəşər Əsədin Rusiyadan sığınacaq aldığını, nəhayət, media vasitəsilə elan etdi.

Tarix
2024.12.09 / 01:26
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla