Yuxarı

Bu prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir

Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb.

Axar.az AYNA-ya istinadən xəbər verir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir.

Layihə xüsusi proqram təminatında simulyasiya edilib.

Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq.

Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Tarix
2024.12.11 / 13:59
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla