Yuxarı

Bakının məşhur bazarı sökülür: İki həftə vaxt verildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının məşhur bazarı sökülür: İki həftə vaxt verildi - Video

Keşlə bazarında fəaliyyət göstərən icarədarlara yanvarın 1-nə qədər bazarı tərk etmələri bildirilib.

Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar. Onlar 13 gün müddətin bazardan çıxmaq üçün kifayət etməyəcəyini bildirir və bu müddətin ən azı 4 ay uzadılmasını istəyirlər.

İcarədarlar deyirlər ki, 4-5 ay öncədən bazarın yeni ildə söküləcəyinə dair məlumat verilsəydi, satmaq üçün əlavə mal almazdılar, həmçinin əllərindəki malları da satıb qurtarmış olardılar.

"Keşlə" bazarının ərazisinə nəzarət edən şəxs bildirdi ki, onlara da məlumat yeni verilib.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.

Daha ətraflı videomaterialda:

Tarix
2024.12.19 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin Rus İcmasının sədri seçildi

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla