Ana səhifə Toplum |
15:08
AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub.
Axar.az Lent.az-a istinadla xəbər verir ki, onlardan 6-sı həlak olub, 2-si yaralanıb.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.
Həlak olanlar:
Carayev Arif
Carayev Mahir
Carayev Hacı
Ceerov Xizri
Ceerova G.
Siracova Müslümət
Yaralılar:
Siracov Nurulla
Cəlilov Nizami
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.
***
AZAL-ın qəzaya uğrayan təyyarəsində olanlardan 10 nəfəri Balakən rayon sakinləridir.
Onlardan 7 nəfəri həlak olub, 3 nəfəri isə xəsarət alıb.
Həlak olanlar - Balakən rayonu Qullar kənd sakini Tütünçüyev Mahmud Muhuma oğlu, Meşəşambul kənd sakini Anqubazova Məleykə Murtuzəli qızı, Şərif kənd sakinləri Qıstarov İbrahim Abbas oğlu, Qıstarov Rəşid Abbas oğlu, Xalatala kənd sakinləri Həmzət Muhuma oğlu, Xalayeva Hafisat Hüseyn qızı, Mahamalar kənd sakini Ömərova Leyla Vaqif qızıdır.
Xəsarət alanlar isə Dervişov Amir Tofiq oğlu, Dervişov Tofiq Ramazan oğlu, Şabanova Vəfa Cuma qızıdır.
Tarix
2024.12.25 / 15:51
|
Müəllif
Axar.az
|