Yuxarı

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024/2025-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar yanvarın 6-sı saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.

Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, valideynlər yanvarın 9-u saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməlidirlər. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının yaxınlaşdığını nəzərə alaraq, XI siniflər üçün şagird yerdəyişməsi 2025-ci il yanvarın 6-dan tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Tarix
2024.12.28 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq – Ekspert

Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir

Yaxın Şərqdəki nüvə təhlükəsi... – Zaxarova

29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi

İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video

Bayramov britaniyalı həmkarı ilə müzakirə apardı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla