Yuxarı

Polşa Azərbaycana yardım təklif etdi: Təyyarə qəzası...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşa Azərbaycana yardım təklif etdi: Təyyarə qəzası...

Xəbər verdiyimiz kimi, Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb.

Axar.az xəbər verir ki, Radoslav Sikorski Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.

Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib.

Qeyd edək ki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla, təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. İstintaq araşdırmaları qəzanın kənar müdaxilə səbəbindən baş verdiyini sübut edib.

Tarix
2025.01.05 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər

Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla