Yuxarı

Tərtərdə ağır qəza: baba və nəvə öldü - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:26

Tərtərdə traktorla minik maşını toqquşub.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Hümbətli kəndində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi VAZ-2101 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.S.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan "Belarus 82" markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

***

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Tərtərdə biri azyaşlı olmaqla, iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən verilən məlumata görə, ötən gün saat 22 radələrində Tərtər rayonunun Güləbatlı kəndi ərazisində kənd sakini Xəqani Aydınovun idarə etdiyi traktorla rayonun Səhləbad kənd sakini Ədalət Həsənəliyevin sürücülük hüququ olmadan idarə etdiyi VAZ markalı avtomobil toqquşub.

Qəzadan sonra traktorun sürücüsü hadisə yerini tərk edib, Ədalət Həsənəliyev, eləcə də onun 2023-cü il təvəllüdlü qız nəvəsi və qohumu Zəhra Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Görülən tədbirlərə baxmayaraq Ə.Həsənəliyev və onun azyaşlı nəvəsinin həyatını xilas etmək mümkün olmayıb.

Traktorun sürücüsü X.Aydınov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

"Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə günün qaranlıq vaxtı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, bununla yanaşı sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərin bir ailənin faciəsi ilə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.

Unutmayaq ki, sükan arxasında səhlənkarlıq, çox zaman bərpası mümkün olmayan itkilərə yol açır!", məlumatda deyilir.

Tarix
2025.01.08 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın tarixi səfəri – Ərdoğandan 3 istəyi var…

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla