Yuxarı

Axar.Az Logo carnation

Qorbaçov Anara nə söz veribmiş? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı il 20 Yanvar hadisələri baş verən gün evimizdə idim. Avtobuslar keçirdi, cavanlar avtobusların açıq qapılarından sallanıb gedirdilər. Fikirləşirdim ki, bunların qarşısını almaq mümkün deyil. Onlar ölümə gedirdilər. Çox ağır bir hiss idi, çünki heç nə edə bilmirdik. Bilirdik ki, onları tanklar, avtomatlar gözləyir, amma onlar gedirdilər.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a müsahibəsində xalq yazıçısı Anar deyib.

Anar o dövrdə baş verən hadisələrə görə Moskvaya ilk etiraz məktubunun yazılmasından da danışıb:

"Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından 20 gün sonra Parisdə çıxış edən akademik Abel Aqambekyan (o, M.Qorbaçovun iqtisadiyyat üzrə müşaviri idi) Qarabağın Ermənistana verilməsini təklif etdi. O, çıxışında demişdi ki, Qarabağı Azərbaycandan alıb Ermənistana vermək lazımdır, bu barədə rəhbərliklə də, yəni M.Qorbaçovla biz razılaşmışıq.

Həmin çıxışın dərc olunduğu qəzet beş gün sonra Bakıya çatdı. Bakıya çatan kimi biz elə olduğumuz bu otaqda yığışdıq - mən və bir neçə yazıçımız, etiraz məktubunu M.Qorbaçova mən yazdım, hamımız imza atdıq və göndərdik.

Təxminən bir həftədən sonra ovaxtkı Mərkəzi Komitənin ikinci katibi olan Vasili Konovalov mənə hökumət telefonu ilə zəng etdi və dedi ki, məktubunuz M.Qorbaçova çatıb. M.Qorbaçov dedi ki, Azərbaycan yazıçılarını arxayın edin, heç bir sərhəd dəyişikliyi olmayacaq, Qarabağ necə ki Azərbaycanın tərkibindədir, elə də qalacaq.

Mən deputat olanda bir neçə dəfə M.Qorbaçovla görüşmüşəm, onda da bu sözləri təkrar edib. Sözdə bunu deyirdi, rəsmi olaraq, doğrudan da, Qarabağı Ermənistana vermədi, amma gah Volskinin başçılığı ilə komitə yaranırdı, gah başqa bir şeyi Azərbaycanın tabeliyindən çıxarıb onlara verirdi. Hətta onların Yazıçılar Birliyi bizim şöbəmiz idi. Onu Azərbaycandan çıxarıb birbaşa SSRİ-yə tabe etdirmişdilər. Onda da biz onların Yazıçılar Birliyinə etiraz məktubu yazdıq ki, Qarabağ Azərbaycanın tərkibindədir, bu Yazıçılar Birliyi də bizim bir bölməmizdir, nə haqla siz bunu ayırırsınız? Yəni həmin ərəfədə 10-15 etiraz məktubunu şəxsən mən yazmışdım Moskvaya..."

Xalq yazıçısı, eyni zamanda, o dövrdə ermənilərin Azərbaycandakı mövqeyindən və 20 Yanvar hadisələrinin Azərbaycan ədəbiyyatında nə dərəcədə yer aldığından da danışıb.

Daha ətraflı videomüsahibədə:

Tarix
2025.01.20 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynadan 20 Yanvarla bağlı bəyanat

İlham Əliyev Davosda Stader ilə görüşdü

Azərbaycan xalqının acısını ürəkdən paylaşıram

Bakı 35 il öncə bu gün - Foto

Sual budur ki, təyyarəni vurmaq əmrini kim verib? - Ekspert

Rus hərbçilər kazarmalarını Əskiparadan köçürür

Azərbaycan-Gürcüstan əlaqələri mühüm önəm daşıyır

Arakçı ABŞ-a səfərdən imtina etdi – Səbəb

35 il əvvəl İğdır: “Yol verin, Azərbaycana keçək” - Video

Ermənilər sərhədimizə yaxın yeni qüvvə yerləşdirdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla