Yuxarı

Füzulidə cümə axşamı mərasimi ləğv olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzulidə cümə axşamı mərasimi ləğv olundu

Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların birgə təşəbbüsünə əsasən artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfçılıqdan, təmtəraqdan uzaq və sadə şəkildə təşkil olunur.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Füzulidə ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su və yuxa olmaqla yeddi əsas predmetlə açılır.

Füzuli rayon İcra Hakimiyyətinin məlumatına görə, son 11 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi təxminən 19.1 milyona qədər vəsaitə qənaət edib. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 10-15 min AZN xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə dəfn xərcləri də daxil olmaqla orta hesabla 3000 AZN-nə qədər vəsait tələb olunur. Rayon sakinləri qənaət etdikləri vəsaiti digər sosial problemlərinin həllinə sərf edirlər.

1 yanvar 2025-ci il tarixdən etibarən ziyalıların və Füzuli ictimaiyyətinin birgə təşəbbüsü, eləcə də səyyar qəbullarda səsləndirilən vətəndaş müraciətləri əsasında, cümə axşamları (bir cümə axşamı saxlanılmaqla) həyata keçirilmir.

Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini təşkil edir, həm də mərhumun dəfn oluması, qəbirüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.

Tarix
2025.01.22 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla