Yuxarı

Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili ADU-da oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili ADU-da oldu

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Axar.az xəbər verir ki, ADU-nun rektoru akademik Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərinin əhəmiyyətini qeyd edən rektor bildirib ki, münasibətlərin dərinləşməsində iki ölkənin elmi, mədəni və humanitar əlaqələrinin genişləndirilməsi mühüm rol oynayır.

Rektor ADU-da fəaliyyət göstərən Konfutsi İnstitunun timsalında iki ölkə arasında elmi və mədəni əlaqələrin qurulması baxımından əlverişli imkanların mövcudluğundan danışıb. Tələbələrin Çin dilinə, tarixinə, mədəniyyətinə və ədəbiyyatına böyük marağından söz açan rektor qarşılıqlı elmi əməkdaşlığın inkişafında mübadilə proqramlarının rolunu xüsusi vurğulayıb.

Qeyd olunub ki, son illər ADU ilə Çində fəaliyyət göstərən bir sıra universitetlər arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin yeni mərhələdə inkişaf etdiyini görmək olar.

ADU-da keçirilən layihələr haqqında səfirə məlumat verilib. “Səfir saatı” layihəsinin tələbələr üçün əhəmiyyətindən söz açılıb, diplomat bu layihə çərçivəsində tələbələrlə görüşə dəvət olunub.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Din Tao qarşılıqlı elmi və mədəni mübadilənin mümkünlüyündən söz açıb. Qeyd olunub ki, gələcəkdə müəllim və tələbə mübadilə proqramlarının həyata keçirilməsi gözlənilir. Çin və Azərbaycan dillərinin daha dərindən öyrənilməsi baxımından əlverişli imkanların mövcudluğu diqqətə çatdırılıb.

Görüş iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi ilə davam edib.

Müvəqqəti işlər vəkili Din Tao daha sonra ADU-nun Konfutsi İnstitutu tərəfindən təşkil olunan tədbirdə iştirak edib.

Tarix
2025.01.25 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla