Yuxarı

Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər qəsəbəsi ərazisindən keçən hissəsində 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov məlumat yayıb.

"Magistral yolda VAZ-21021 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - o bildirib.

Xatırladaq ki, qəza nəticəsində, 26 yaşlı Xətai Əliyev, 41 yaşlı Zaur Cabbarov, 28 yaşlı Röyal Allahverdiyev, 53 yaşlı Elşən Xudaverdiyev və daha 1 nəfər ölüb. Sərnişinlərdən biri, 29 yaşlı Elçin Orucov isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Tarix
2025.01.25 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirilir - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla