Yuxarı

Abdulbari Gözəli o əvəz edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-də vəfat edən Azərsun Holdinq MMC-nin Müşahidə Şurasının sədri Abdulbari Gözəli oğlu Əhməd Gözəl əvəzləyəcək.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, şirkət daxilində Ə.Gözəlin Müşahidə Şurasının yeni sədri olacağı dəqiqləşib.

Holdinq isə hələlik bununla bağlı rəsmi qərarını açıqlamayıb.

Qeyd edək ki, Azərsun Holdinq MMC-nin Müşahidə Şurasının üzvü olan Ə.Gözəl “Azərbaycan Sənaye Bankı”nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.

Məlumata görə, Abdulbari Gözəl uzun müddət əvvəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verməyə başlayıb. Əhməd Gözəl son aylarda “Azərsun Holdinq”in idarəçiliyində fəal iştirak edib.

Qanunvericiliyə əsasən, Müşahidə Şurasının tərkibi və ona edilən dəyişikliklər şirkətin təsis sənədində və ya nizamnaməsində müəyyən edilmiş qaydada təsdiqlənir. Müşahidə Şurasının sədri olmadıqda onun funksiyalarını sədr müavini və ya sədri əvəz edən digər şəxs həyata keçirir. Müşahidə Şurasının iclası isə üç ayda bir dəfədən az olmayaraq keçirilir. İclasın çağrılması ilə bağlı qərarı sədr, o olmadıqda sədr müavini verir.

Xatırladaq ki, “Azərsun Holdinq” qida, qeyri-qida, kənd təsərrüfatı, təhsil, logistika, inşaat, idman və maliyyə sektorunda fəaliyyət göstərir. Şirkətin, eləcə də törəmə müəssisələrinin 2023-cü il üzrə maliyyə vəziyyəti haqqında hesabata əsasən, cəmi aktivləri 1 milyard 71 milyon 600 min 612 manat, cəmi öhdəlikləri 433,836,1 manat təşkil edib. Hesabat dövründə holdinqin cəmi kapitalı 637,764,479 milyon manat olub.

2023-cü ildə "Azərsun Holdinq" 1,810,868,4 manat gəlir əldə edib. İl üzrə mənfəəti 58,312,392 manat olub.

Şirkətin nizamnamə kapitalı 127 milyon 626 min 667 manatdır. Holdinqin baş icraçı direktoru Savaş Uzan Mehmetdir.

Tarix
2025.01.28 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

Qazaxıstan nümayəndələri HHQ-ni ziyarət etdi – Foto

Babayandan etiraf: Xocalı soyqırımında iştirak etmişəm

İnternet Vergi İdarəsinə giriş təhlükədə ola bilər - Çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla