Yuxarı

Sosial müavinətlərlə də bağlı qərar veriləcək - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial müavinətlərlə də bağlı qərar veriləcək - Deputat

Növbəti mərhələdə sosial müavinət və artımlarla bağlı da qərarlar veriləcək.

Axar.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib:

“Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq”.

O qeyd edib ki, fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılacaq.

“Bu, orta və median pensiya məbləğlərində artımlara xüsusi töhvə verəcək. Sosial paket yalnız maaş və pensiya deyil eləcə də sosial müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlarla bağlı da qərarlar veriləcək”.

Tarix
2025.02.03 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla