Yuxarı

Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin sayı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin sayı...

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 7 fevral saat 10:00-dan başlanılıb.

Fonddan Axar.az-a bildirilib ki, vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət portalına inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib.

Qeyd etmək lazımdır ki, həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsi nəticəsində bu kreditlərə əhali arasında yüksək tələb formalaşıb. Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.

Tarix
2025.02.07 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla