Yuxarı

Yağışlı havada Bakıda baş verən qəzalar – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yağışlı havada Bakıda baş verən qəzalar – Anbaan video

Yağıntılı havalarda nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək, lazımi ara məsafəsi saxlamamaq, yolun sürüşkən olması və əyləc sistemindən düzgün istifadə etməmək qəzalara səbəb olur. Paytaxtda müxtəlif vaxtlarda müşahidə kameralarına düşən bu hadisələr bəzi sürücülərin belə havalarda qeyd edilən nüanslara diqqət yetirmədiklərini göstərir.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Qəzaların baş verməsi və texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması isə qeyri-pik saatlarda belə, sıxlıq olmayan yollarda nəqliyyatın hərəkətində problemlər yaradır.

Bəs hansı qaydalara əmək etmək tövsiyə olunur?

Sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin təkərlərinin, şüşə təmizləyicilərinin və işıqlandırma cihazlarının sazlığını yoxlamalıdırlar. Hərəkət zamanı nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə, hətta yolun sürüşkən vəziyyətini nəzərə alıb nisbətən aşağı sürətlə idarə etməli, ara məsafəsini isə daha böyük götürməlidirlər. Yağıntılı havalarda yolda sürüşmə riski çox olduğundan təhlükəli manevrlərdən çəkinmək lazımdır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qarşıdakı günlərdə və aylarda yağmurlu hava şəraitinin olacağını nəzərə alaraq, sürücüləri yollarda daha diqqətli olmağa və göstərilən qaydalara əməl etməyə çağırır", - məlumatda bildirilib.

Tarix
2025.02.10 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla