Yuxarı

“Oksfort”da oxuyan xanım Bakı metrosunda rəis oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərgiz Rövşən qızı Mustafayeva Bakı Metropoliteni QSC-nin Strateji inkişaf departamentinin rəisi təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Qeyd edək ki, Nərgiz Mustafayeva əmək fəaliyyətinə 2002-ci ildə “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində başlayıb. 2006-ci ildən etibarən BP şirkətində ekologiya və ətraf mühitin mühafizəsi üzrə müşavir vəzifəsini icra edib.

2012-ci ildən etibarən Azərbaycan, Gürcüstan və Türkiyə regionunun komplyans, maraqların qorunması və ekoloji hüquqi normalar üzrə şöbə müdiri vəzifəsini icra edib. 2018-ci ildən BP şirkətinin hasilat, quyuqazma, təhlükəsizlik və əməliyyat riskləri üzrə modernizasiya və transformasiya müşaviri vəzifəsində əmək fəaliyyətinə davam edərək BP şirkətinin strateji inkişaf və transformasiya istiqamətlərini idarə edib. 2019-cu ildən Orta Şərq, Afrika, Asiya və Avstraliya üzrə Çeviklik departamentinin regional rəhbəri vəzifəsini daşıyıb.

Orta təhsilini Bakıda başlayıb, ABŞ-ın Ohayo ştatında bitirib. Ali təhsilini Bakı Dövlət Universiteti Fiziki və iqtisadi coğrafiya fakültəsində davam edib.

Hazırda Oksford Universitetində təhsilini davam etdirir.

Tarix
2025.02.10 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla