Yuxarı

DYP metohəssas sürücülərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi metohəssas sürücülərə müraciət edib.

Bu barədə Axar.az-a BDYPİ-dən bildirilib.

Müraciətdə deyilir ki, fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir:

"Maqnit qasırğaları xüsusilə metohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir. Son günlər respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya meneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib".

Qeyd olunub ki, metohəssas sürücülərə maqnit qasırğasının təsirləri:

- Baş ağrısı və yorğunluq – Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.

- Diqqət dağınıqlığı və yuxululuq – Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.

- Əsəbilik və emosional qeyri-sabitlik – Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.

- Qan təzyiqində dəyişikliklər – Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.

Sürücülərə vacib olmadığı hallarda sükan arxasına keçməmək tövsiyə olunub: "Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin. Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin. Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.

Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin metohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur.

Unutmayın ki, yol hərəkətində bədən yorğunluğu və ya diqqət dağınıqlığı həm sizin, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə hesab edilir!"

Tarix
2025.02.11 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev iki il öncəki sözlərini xatırlatdı: Maskaları çıxardın!

Somali prezidenti Azərbaycana gəldi

Bakıda İrəvanı qorxuya salan təklif: Paşinyan məcbur olacaq...

Rusiya ilə bu saziş təsdiqləndi

Niyə “artsax” yox, Qarabağ deyirəm? - Simonyan

Əliyev Moskvaya sifətini xilas etmək şansı verdi - Kopıtko

Bakıdakı Rus Evi fəaliyyətini dayandırdı - Rəsmi

Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir

Yüklər Zəngəzurdan belə daşına bilər - Simonyan

Rus Evi adından Hikmət Hacıyevlə bağlı məlumat...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla