Yuxarı

Rus Evi adından Hikmət Hacıyevlə bağlı məlumat...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus Evi adından Hikmət Hacıyevlə bağlı məlumat...

Bakıdakı Rus Evi (Rossotrudniçestvo) loqosundan istifadə etməklə saxta “sənədlər” hazırlanaraq yayılması barədə açıqlama yayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, mərkəzin sosial media ünvanlarında yayılan məlumatda qeyd olunub ki, son günlər internet resurslarında Rus Evinin qanunsuz olaraq mənimsənilmiş rəmzləri ilə yalan məlumatlar və saxta sənədlər yayılıb:

“Bu cür sənədlər arasında Bakıda Rus Evində rus dili kursu keçdiyi deyilən şəxslərin, o cümlədən Azərbaycanın dövlət məmurlarının adları da qeyd olunur. Bu “sənədlər” reallığı əks etdirmir”.

Rus Evi qeyd edib ki, mərkəzin rəsmi resurslarından kənar yayılan hər hansı məlumat saxtadır.

"Sənədlərin saxtalaşdırılması cinayət məsuliyyətinə səbəb olur. Bu saxta məlumatlara məhəl qoymamağınız xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Rus Evi həmçinin təşkilatla bağlı saxta sənədlərin yayılmasının və loqolarından istifadənin dərhal dayandırılmasını tələb edib:

"Simvollardan qanunsuz istifadə, sənədlərin saxtalaşdırılması və yalan məlumatların yayılması məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb olur”.

Rus Evi özünün internet media resurslarını və sosial şəbəkə səhifələrini də da bir daha xatırladıb.

Saxta məlumat nədən ibarət idi?

Xüsusi xidmət orqanlarının sifarişi ilə çalışan, xaricdə yerləşən Yutub kanalı vasitəsilə son günlər Rus Evi adından saxta sənəd hazırlanıb yayılıb. “Məlumat” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə bağlı olub. Rus Evi isə son açıqlamasında bu tipli məlumatların yayılması barədə məlumatlı olduğunu qeyd edib və məlumatı təkzib edib.

Almaniya bu kanalların fəaliyyətinə niyə icazə verir?

Belə saxta sənədlər yayan Yutub kanalları Almaniyada bağlanıblar. Məlumata görə, hətta Almaniya hüquq-mühafizə orqanları saxta məlumatı tirajlayanlarla bağlı cinayət işi açıb. Yutubun qaydalarına görə də saxta məlumatlar bloklanıb, silinir. Məhz buna görə də Yutub bu cür məlumatları silib. Lakin Almaniya hökuməti Azərbaycan xalqına və dövlətinə qarşı informasiya diversiyası aparanları himayə edir. Onları qoruyur və saxta məlumat tirajlamaları üçün şərait yaradır.

Tarix
2025.02.11 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı

İlham Əliyevin aldığı mükafat kimlərə verilib?

Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla