Yuxarı

Sürücülər üçün imtahan keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün fevralın 13-də imtahan keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 513 (taksi – 1 439, yükdaşıma – 63, operator – 11 ) nəfər qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 13 imtahan rəhbəri, 100 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, imtahanlar bir saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçiriən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.

Tarix
2025.02.11 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev iki il öncəki sözlərini xatırlatdı: Maskaları çıxardın!

Somali prezidenti Azərbaycana gəldi

Bakıda İrəvanı qorxuya salan təklif: Paşinyan məcbur olacaq...

Rusiya ilə bu saziş təsdiqləndi

Niyə “artsax” yox, Qarabağ deyirəm? - Simonyan

Əliyev Moskvaya sifətini xilas etmək şansı verdi - Kopıtko

Bakıdakı Rus Evi fəaliyyətini dayandırdı - Rəsmi

Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir

Yüklər Zəngəzurdan belə daşına bilər - Simonyan

Rus Evi adından Hikmət Hacıyevlə bağlı məlumat...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla