Yuxarı

Yunanıstan rədd etdi: Bu sistem Ermənistana verilmir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunanıstan rədd etdi: Bu sistem Ermənistana verilmir!

Yunanıstanın milli müdafiə naziri Nikos Dendias S-300 zenit-raket komplekslərinin Ermənistana təhvil verilməsi planları ilə bağlı yayılan xəbərləri təkzib edib.

Axar.az xəbər verir ki, Dendias bu barədə “Yunan Həlli” partiyasının lideri Kiriakos Velopulosun hələ 2024-cü il dekabrın ortalarında ünvanladığı sorğuya cavabında deyib.

Sorğuda bildirilir ki, Yunanıstan Müdafiə Nazirliyinin S-300 də daxil olmaqla, Rusiyanın zenit sistemlərini arsenaldan çıxarmaq və onları İsrail və ya başqa ölkədə istehsal olunan yeniləri ilə əvəz etmək niyyətinin olması barədə mediada məlumatlar yayılıb. Belə ki, bundan sonra Fransa və digər tərəfdaşlarla geniş strateji əməkdaşlıq çərçivəsində hava hücumundan müdafiə vasitələrinin Ermənistana verilməsi planlaşdırılır.

"Müvafiq suala cavab olaraq bildirirəm ki, zenit silah sistemlərinin üçüncü ölkələrə verilməsi ilə bağlı heç bir qərar verilməyib. Hər halda, Milli Müdafiə Nazirliyinin siyasətində əsas meyar Yunanıstan ərazisinin istənilən nöqtəsində ölkənin müdafiə qabiliyyətini tam şəkildə saxlamaqdır", - o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl “enikos.gr” portalı Yunanıstanın Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket komplekslərini təhvil verəcəyini bildirmişdi.

Tarix
2025.02.11 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla