Yuxarı

Bu metrostansiyaların adları dəyişdirilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Azərbaycanda böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu barədə məlumat Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Maraqlıdır, hansı küçələrin, metrostansiyaların adları dəyişdirilə bilər?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, həm Bakı, həm də bir sıra şəhərlərdə, rayon mərkəzlərində bəzi küçə və prospektlərə qoyulan adlar öz əhəmiyyətini itirib:

“Müəyyən dövrlərdə qoyulan adlar dəyişdirilsə, daha yaxşı olar. Eyni zamanda bu, metro stansiyalarına da aiddir. “Gənclik”, “Sahil”, “Xalqlar Dostluğu”, “Ulduz” kimi adların yerinə, daha yaxşı seçimlər təklif edə bilərik”.

Ekspert bildirib ki, burada bəzi qəhrəmanların, vətən uğrunda döyüşən, əziyyətləri olan şəxslərin adları nəzərə alınsa, yaxşı olar:

“Ümumiyyətlə, bu, gözəl addımdır. Həm də “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar verilən qərar, necə deyərlər, yerinə düşdü”.

Tarix
2025.02.11 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya XİN-dən bağlanan Rus Evi ilə bağlı məlumat...

Hacıyev iki il öncəki sözlərini xatırlatdı: Maskaları çıxardın!

Somali prezidenti Azərbaycana gəldi

Bakıda İrəvanı qorxuya salan təklif: Paşinyan məcbur olacaq...

Rusiya ilə bu saziş təsdiqləndi

Niyə “artsax” yox, Qarabağ deyirəm? - Simonyan

Əliyev Moskvaya sifətini xilas etmək şansı verdi - Kopıtko

Bakıdakı Rus Evi fəaliyyətini dayandırdı - Rəsmi

Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir

Yüklər Zəngəzurdan belə daşına bilər - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla