Yuxarı

Məhkəmədə açıqlandı: Ermənilərin öldürdüyü şəxslər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan dövlətinin Azərbaycan əhalisinə qarşı törətdiyi terrorçuluq cinayətlərinin bir hissəsi açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

Onun sözlərinə görə, təcavüzkar müharibə gedişində Ermənistan dövlətinin bilavasitə nəzarəti altında, onun tapşırıq, göstəriş və təlimatlarında uyğun fəaliyyəti göstərən cinayətkar birlik tərəfindən Qazax rayonunun Bağanıs-Ayrım, Şuşa rayonunun Malıbəyli-Quşçular, Xocavənd rayonunun Qaradağlı, Ağdərə rayonunun Baş Güney (Baş Güneypəyə), Goranboy rayonunun Ballıqaya və Gülüstan, Kəlbəcər rayonunun Ağdaban, Comərd və Başlıbel kəndlərindən azərbaycanlıların qanuni şəkildə məskunlaşdıqları yerlərdən kütləvi şəkildə didərgin salınmasını təşkil etməklə həmin ərazilərin daha asan şəkildə Ermənistan tərəfindən işğal edilməsinə nail olmaq məqsədilə keçirilmiş genişmiqyaslı və sistematik hücumlar zamanı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə ümumilikdə 241 nəfər güllələnməklə, diri-diri yandırılmaqla, ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülüb, 149 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri yetirilərək qəsdən öldürülmələrinə cəhd edilib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev isə qeyd edib ki, 1988-2023-cü illər ərzində 308 epizod üzrə törədilmiş terrorçuluq cinayətləri nəticəsində ən azı 210 hərbi qulluqçu və 239 mülki şəxs olmaqla, 449 nəfər şəxs qəsdən öldürülüb, 1013 hərbi qulluqçu və 716 mülki şəxs olmaqla, 1729 nəfərin qəsdən öldürülməsinə cəhd göstərilib. Ümumilikdə terrorçuluq cinayətləri nəticəsində 17 uşaq qəsdən öldürülüb, 53 uşağın müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd olunub.

Tarix
2025.02.11 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video

Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi

Qafqazda böyük əks-səda doğuran bu tarixi hadisə... - Əliyev

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Zakir Həsənov Ərdoğanla tədbirdə - Foto

Bayramov Gürcüstan prezidenti ilə görüşdü

Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı

Rusiya qısa zamanda Bakıya bu məlumatı verməsə... - Baş prokuror

Biz əvvəldən Əliyevin bu mövqeyi ilə razılaşmadıq

Kremlin Azərbaycandan tələbi: Bundan gülünc bəhanə ola bilməzdi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla