“Azercell Telekom” MMC 25 fevral tarixindən etibarən bəzi xidmətlərinin qiymətlərində dəyişiklik edəcək.
Axar.az Valyuta.az-a istinadən xəbər verir ki, "Azercell" Fakturasız (SimSim) xətt və fakturalı xətt sisteminə aid nömrənin xəttinin 6 (altı) aydan çox olmayan müddətə ikitərəfli bağlanmasına görə 20 AZN xidmət haqqı tətbiq edəcək.
Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan digər tariflərdən “Azercellim”, “Bölgə”, “GəncSim” tarif paketlərinə keçidə görə 4 AZN xidmət haqqı tətbiq tutulacaq.
Bundan başqa "Azercell" aşağıdakı xidmətlər üzrə də tariflərdə dəyişiklik edəcək:
- Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində 2 AZN (ƏDV daxil) aylıq (otuz təqvim günü) abunə haqqı təyin olunacaq. Aylıq abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunacaq. İstifadə edilməmiş bonus dəqiqələri və internet həcmi 30 günlük istifadə müddətinin sonunda silinir və növbəti dövrün balansına keçirilmir.
Növbəti aylıq abunə haqqı istifadə müddətinin sonunda avtomatik hesablanaraq balansdakı vəsaitdən çıxılacaq. Nömrədə mövcud olan tarif paketi başqası ilə əvəz edilənədək nömrənin balansında kifayət qədər vəsait olduqda müvafiq qaydaya uyğun olaraq aylıq abunə haqqı avtomatik hesablanıb çıxılmaq ilə tarif paketlərindən istifadə imkanı təqdim ediləcək.