Yuxarı

Rəşad Dağlı azadlığa buraxıla bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Dağlı azadlığa buraxıla bilər

Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi planlaşdırılır. İclaslarda məhkumların ərizələri, onların ailə üzvlərinin müraciətləri və digər aidiyyəti sənədlər müzakirə olunacaq.

Axar.az xəbər verir ki, komissiyanın qəbul etdiyi qərarlar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamı hazırlanır. Ənənəvi olaraq, bu sərəncamlar adətən Novruz bayramı öncəsi və ya ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində imzalanır.

Maraqlıdır, iclaslar zamanı müzakirə olunacaq adlar arasında tanınmış meyxanaçı Rəşad Dağlının da adı yer ala bilərmi?

Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə Ajans.az-a açıqlamasında deyib ki, əfvetmə aktı fərdi qaydada Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:

“Əfvetmə aktı cinayət törətməyə görə məhkum olunmuş şəxsin cəzanın qalan hissəsindən azad edilməsi, təyin edilmiş cəzanın müddətinin azaldılması və ya cəzanın daha yüngül cəza növü ilə əvəz olunması formasında həyata keçirilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında maksimum 25 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Bundan əlavə, əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Qeyd edək ki, xalq tərəfindən dəstəklənən və xüsusi ictimai rolu olan şəxslər barədə ictimai rəyin müsbət olması onların əfv edilmə şansını artıran amillərdən biri ola bilər. Lakin yekun qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Əfv Məsələləri Komissiyasının tövsiyələri əsasında qəbul edilir".

Tarix
2025.02.12 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla