Yuxarı

44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...

Ümumilikdə 44 günlük Vətən müharibəsi zamanı Gəncə və Mingəçevir şəhərləri, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Goranboy (Naftalan), Beyləqan, Cəbrayıl, Kürdəmir və Qəbələ rayonları üzrə ümumilikdə dövlət və xüsusi mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Axar.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Təranə Məmmədova sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

O, ittiham aktına əsasən 2016-cı il tarixli Aprel döyüşləri, 2020-ci il tarixli Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi dövründə törədilmiş terrorçuluq cinayətlərini elan etməyə başlayıb.

Həmçinin 25 epizod üzrə Şuşa şəhəri, Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonu və digər ərazilərdə köməksiz vəziyyətdə qalmış şəxslərin daşınması üçün həmin ərazilərə uçuş həyata keçirən helikopterlərin müxtəlif silahlardan atəşə tutulması, pilot və sərnişinlərə xəsarət yetirilməsi, eləcə də helikopterlərə ziyan vurulması, Bakı-Tbilisi-Ceyhan Neft Kəmərinin və Qərb İxrac Boru Kəmərinin Goranboy və Yevlax rayonları ərazisindən keçən hissəsinin partladılmasına cəhd göstərilməsi və digər terror aktlarına dair epizodlar da elan edilib.

Bildirilib ki, 2016-cı il aprelin 2-6, 24, 26-28 və 30-da iriçaplı və digər odlu silahlardan atəşlər açılmaqla Ağdam rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 13 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Tərtər rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 11 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Goranboy rayonu ərazisində 4 mülki şəxsə, Füzuli rayonu ərazisində 1 mülki şəxsə,

Ağcabədi rayonu ərazisində 1 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə ümumilikdə 6 mülki şəxs qəsdən öldürülüb, 30 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib, eləcə də ümumilikdə 733 daşınmaz əmlaka tamamilə və ya qismən dağıtmaqla, yandırmaqla, zədələməklə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Tarix
2025.02.11 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla