Yuxarı

Quql əməkdaşı məktəblilərimizə master klass keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır

Təhsil İnsititutunun təşəbbüsü və "Azercell"in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oksford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Quql Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.

Ümumilikdə 6 gün davam edən təlim boyunca məktəblilər beynəlxalq olimpiada formatında keçirilən yarışlara qoşulub, məsələlərin ətraflı izahı və yeni mövzuların müzakirəsi yer alan sessiyalarda iştirak ediblər.

Beynəlxalq İnformatika Olimpiadasına (IOI) hazırlaşan iki məktəblimiz 27 yanvar – 4 fevral 2025 il tarixlərlərində Serbiyada təşkil edilən düşərgədə də iştirak ediblər.

Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell Telekom MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının bugünədək qazandığı ümumi medal sayı 84-ə çatıb.

Tarix
2025.02.11 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev iki il öncəki sözlərini xatırlatdı: Maskaları çıxardın!

Somali prezidenti Azərbaycana gəldi

Bakıda İrəvanı qorxuya salan təklif: Paşinyan məcbur olacaq...

Rusiya ilə bu saziş təsdiqləndi

Niyə “artsax” yox, Qarabağ deyirəm? - Simonyan

Əliyev Moskvaya sifətini xilas etmək şansı verdi - Kopıtko

Bakıdakı Rus Evi fəaliyyətini dayandırdı - Rəsmi

Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir

Yüklər Zəngəzurdan belə daşına bilər - Simonyan

Rus Evi adından Hikmət Hacıyevlə bağlı məlumat...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla