Yuxarı

Bu dəfə daha böyük qüvvə ilə sərhədimizdə göründülər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dəfə daha böyük qüvvə ilə sərhədimizdə göründülər - Video

Avropa Birliyi “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.

Axar.az Report-a istinadən xəbər verir ki, fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində AB-nin və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “UAZ Patriot” markalı avtomobilin gəlməsi, 2-si hərbçi və 4-ü mülki şəxs olmaqla, ümumilikdə 6 nəfərin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.

Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.

AB və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Tarix
2025.02.12 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla